Britaniya XİN rəhbəri: “Ərazimizdə ABŞ-ın nüvə başlıqlı raketlərini yerləşdirməyə hazırıq”

Britaniya XİN rəhbəri: “Ərazimizdə ABŞ-ın nüvə başlıqlı raketlərini yerləşdirməyə hazırıq”
# 08 iyun 2015 08:21 (UTC +04:00)

APA-nın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond çıxış edib.

O qeyd edib ki, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir zaman London Vladimir Putinə Kalininqradda raketlərin yerləşdirilməsi də daxil olmaqla Kremlin hərbi fəaliyyətinin aktivləşməsinə cavab olaraq dəqiq siqnallar göndərməlidir.

“Biz Rusiyaya dəqiq siqnallar göndərməliyik ki, “qırmızı xətti” keçməyə imkan verməyəcəyik”, - deyə o vurğulayıb.

Bununla belə Hammond qeyd edib ki, ABŞ raketlərinin Britaniyada yerləşdirilməsi ehtimalı hələlik hipotetik olaraq qalır. Onun fikrincə, Qərb əlavə təxribatların meydana gəlməsini istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR