Türkiyədə polisə növbəti hücum olub, yaralananlar var

Türkiyədə polisə növbəti hücum olub, yaralananlar var
# 27 avqust 2015 00:40 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.

Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb.

Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR