“Expressbank”da yerləşdirilən əmanətlərin həcmi 23% artıb

“Expressbank”da yerləşdirilən əmanətlərin həcmi 23% artıb
# 17 aprel 2015 08:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın aktivləri 2015-ci il aprelin 1-nə 290,9 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 18,9 mln. manat və ya 10,1% artaraq 206,8 mln. manat olub.

Hesabat dövründə bankda müştəri depozitlərinin həcmi 129,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 53,8 mln. manat təşkil edib ki, illik müqayisədə bu göstərici 23,2% çoxdur.

Məcmu kapitalı isə 139,3 mln. manat təşkil edib.

“Expressbank” Fitch Ratings” agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR