ABŞ-dakı yanğında 7 uşaq yanaraq ölüb

ABŞ-dakı yanğında 7 uşaq yanaraq ölüb
# 21 mart 2015 20:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu York şəhərində baş vermiş yanğında 7 uşaq yanaraq ölüb.

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şəhərin daha çox yəhudilər yaşayan Midvud bölgəsində gecə yarısı bir evdə baş vermiş yanğında yeddi uşaq yanaraq can verib.

Nyu York Yanğınsöndürmə Mərkəzi bu hadisəni “şəhərdə son 7 ildə baş vermiş ən faciəli yanğın” adlandırıb.

Yanğına mətbəxdəki məişət texnikası səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR