Ermənipərəst ABŞ senatoruna qarşı korrupsiya ittihamı irəli sürülüb

Ermənipərəst ABŞ senatoruna qarşı korrupsiya ittihamı irəli sürülüb
# 02 aprel 2015 00:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyinin Twitter səhifəsində dərc olunmuş məlumatda bildirilib.

Robert Menendesə qarşı korrupsiya ittihamları ilk dəfə mart ayında gündəmə gəlib. O tanışı Demokrat partiyasının donoru, həkim oftalmoloq Salomon Melgenə kömək etmək üçün vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir. Ədliyyə Nazirliyində iddia edirlər ki, bu “xidmətlər”ə görə Robert Menendes müntəzəm olaraq bahalı bəxşişlər, o cümlədən, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə imkanı əldə edib.

Robert Menendes ittihamları təkzib edib və istefaya getmək niyyətində olmadığını bildirib. Onun səlahiyyətləri 2018-ci ildə sona çatacaq. Menendes bir müddət əvvəl namizədliyini təkrar irəli sürmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, 62 yaşlı Robert Menendes ermənipərəst mövqeyi ilə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR