Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək
# 11 mart 2015 10:21 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.

APA-ya xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 17 mart saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında (Şamaxı şəh. Şirvani küç. 69) Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulu həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 16 mart tarixinədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmə və şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR