Ukraynada yaşayan azərbaycanlı iş adamı: “Məni ölümlə hədələyirlər” - FOTO

Ukraynada yaşayan azərbaycanlı iş adamı: “Məni ölümlə hədələyirlər” - <span style="color: red;">FOTO
# 29 mart 2013 16:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayəti regional təşkilatının sədri, iş adamı Qurban Abbasov ölümlə təhdid olunur. Bu barədə APA-ya açıqlama verən iş adamı bir müddət əvvəl elektron poçtuna rus dilində “bu gedişlə davam etsən sənin başını kəsib bədənindən ayrı dəfn edəcəyik” sözləri yazılmış məktub gəldiyini deyib. Qurban Abbasov bu təhdidlə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciət etsə də, araşdırmalar hələlik nəticə verməyib.

Q. Abbasov üzləşdiyi təhdidləri UAK-ın ölkədə və eləcə də Xarkovda silsilə tədbir keçirməsi, bu addımların ermənilər tərəfindən müsbət qarşılanmaması ilə əlaqələndirib. O Xocalı soyqırımının ildönümü ilə bağlı UAK-ın ölkə üzrə keçirdiyi aksiyanın ermənilərdə ciddi narahatlıq doğurduğunu vurğulayıb.

UAK Xarkov vilayəti regional təşkilatının yerləşdiyi binanın erməni şirkətinin binası ilə üz-üzə yerləşdiyini deyib: “Bizim binanın üzərində Azərbaycan bayrağı dalğalanır. Ermənilər dəfələrlə bizim nümayəndəlik üzərində Azərbaycan bayrağının dalğalanmasına etiraz ediblər. Biz buna əhəmiyyət vermirik. Bir gün səhər nümayəndəliyin binasına gələrkən binanın üzərindəki Azərbaycan bayrağının cırıldığını, tapdalanıb palçığa batırıldığını gördük. Biz dərhal hüquq-mühafizə orqanlarına müraciət etsək də, bir nəticə əldə olunmadı”.

Q. Abbasov son vaxtlar “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlərin, onların təşəbbüsü ilə Xarkov-Bakı reysinin açılmasının erməni diasporunu ciddi narahat etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR