Kürdə batan Sabirabad sakininin meyiti tapılıb - YENİLƏNİB - VİDEO

Kürdə batan Sabirabad sakininin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 13:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Kürdə batan 46 yaşlı kişinin cəsədi sudan çıxarılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 27 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Etibar Şükür oğlu Nuriyevin axtarışları başa çatıb.

E.Nuriyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:55-də başa çatıb.

* * *

Saat 13.41

Bakı. Fuad Cəfərov - APA. Kür çayında iki nəfər boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də Sabirabad rayonu Şıxsalahlı kəndində kənd sakinləri Etibar Nuriyev və Tərlan Nərimanov Kür çayında çimərkən suda boğulublar. Onların meyitlərinin sudan çıxarılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR