Ziyafət Əsgərov: "Ümid edirik ki, Rusiya öz vətəndaşının girovluqdan azad olunması üçün hərəkətə keçəcək" - VİDEO

Ziyafət Əsgərov: "Ümid edirik ki, Rusiya öz vətəndaşının girovluqdan azad olunması üçün hərəkətə keçəcək" - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 08:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın əzəli torpağı olan Kəlbəcərə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev öz dədə-baba yurduna səfər edib. Onlar heç bir cinayət törətməyiblər. Ermənilərin isə onların üzərində qurduğu məhkəmə şoudan başqa bir şey deyil. Biz əminik ki, azərbaycanlılar tezliklə girovluqdan azad olunacaqlar”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin 1-ci vitse-spikeri Zİyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq beynəlxalq təşkilatlar öz sözünü deməyə başlayıb. Z. Əsgərov qeyd edib ki, bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da girovların azad olunması ilə bağlı bəyanat verib: “Lakin bizim istədiyimiz odur ki, beynəlxalq təşkilatların Ermənistana qarşı bu münasibəti yalnız bəyanatla kifayətlənməsin. Bu bəyanatların arxasında bir iş də dayansın. Ermənistana təzyiq göstərsinlər ki, şou xarakterli, qondarma məhkəmələrdən, beynəlxalq qanunlara zidd əməllərdən əl çəksin".

Z. Ədgərov azərbaycanlı girovlardan birinin - Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasına diqqət çəkib: "Biz çox təəssüf edirik ki, Rusiya indiyə kimi hələki öz vətəndaşına sahib çıxmayıb. Sergey Lavrov bir müddət əvvəl bəyanat verdi ki, bununla bağlı bir iş görəcəklər. Lakin ortada nəticə yoxdur. Biz ümid edirik ki, Rusiya vətəndaşlıq haqqında qanunlara, Konstitusiyasına əməl edərək, öz vətəndaşının girovluqdan azad olunması üçün hərəkətə keçəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR