Maarifləndirici tur-aksiyanın iştirakçıları Lerik rayonunda olublar - FOTOSESSİYA

Maarifləndirici tur-aksiyanın iştirakçıları Lerik rayonunda olublar - <span style="color: red;">FOTOSESSİYA
# 18 noyabr 2015 15:00 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Noyabrın 16-dan etibarən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində cənub bölgəsində səfərdə olan Gəncə şəhər, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarının məktəbliləri noyabrın 18-də Lerik rayonuna gəliblər. APA-nın yerli bürosunun məlumatına görə, məktəbliləri şəhərin Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşılayıblar.

Lerik RİH başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq ölkədə gənclərə göstərilən dövlət qayğısı, bu sahədə rayonda görülmüş işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində həyata keçirilən layihələr barədə onlara ətraflı məlumat verib. Məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət edib, eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tur-aksiya iştirakçıları həmçinin “Uzunömürlülər” və rayon tarix-diyarşünaslıq muzeylərində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçiriblər.

Daha sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR