BMT-nin xüsusi nümayəndəsi: “Suriyada tərəflərin hamısı ümumsuriya dialoqunda iştirak etməlidir”

BMT-nin xüsusi nümayəndəsi: “Suriyada tərəflərin hamısı ümumsuriya dialoqunda iştirak etməlidir”
# 05 noyabr 2015 07:20 (UTC +04:00)

Bakı - APA. “Suriyanın və Bəşər Əsədin gələcək taleyi Suriya xalqı tərəfindən müəyyənləşdirilməlidir”.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Mosvkda Rusiya xarici işlər naziri Serqey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib. O bildirib ki, həm regional aktyorlar, həm də digər maraqlı tərəflərlə təmaslar davam etdirilməlidir. BMT-nin nümayəndəsi Rusiya xarici işlər naziri ilə görüş zamanı iki siyahının hazırlanması barədə razılığa gəldiklərini deyib. Birinci siyahı terror təşkilatlarını, ikinci siyahı isə müxalifət təşkilatlarını əhatə edəcək.

Öz növbəsində, Rusiya xarici işlər naziri S. Lavrov da Rusiyanın S. Misturanın səylərini dəstəklədiyini qeyd edib: “Biz siyasi proses barədə danışdıq. Bizim planımız var. Bu plan Cenevrə kommünikesinə və Vyana ssenarisinə əsasən hazırlanıb. Planda açıq şəkildə inklüziv dövlət ideyası dəstəklənir. Bu məsələ üzərində təcili işə başlamalıyıq. Təmas qrupu belə bir sənəd hazırlayıb və ümid edirik ki, qeyd olunan istiqamətlər üzrə bütün tərəflər bura cəlb ediləcəklər”.

Bununla yanaşı, Stefan de Mistura Suriyada tərəflərin hamısının ümumsuriya dialoqunda iştirak etməli olduğunu qeyd edib. Onun sözlərinə görə, dialoqun tez bir zamanda baş tutması üçün xarici aktyorlar və ictimaiyyət həm müxalifət, həm də hökumətə təzyiq göstərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR