Habil Əliyevin vəziyyəti yenidən pisləşib

Habil Əliyevin vəziyyəti yenidən pisləşib
# 01 sentyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb. H. Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar: “Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq”.

Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR