Tikritdə İraq əsgərlərinin basdırıldığı 12 kütləvi məzarlıq aşkarlanıb

Tikritdə İraq əsgərlərinin basdırıldığı 12 kütləvi məzarlıq aşkarlanıb
# 07 aprel 2015 11:14 (UTC +04:00)

Bakı - APA. İraqın Tikrit şəhərində 1700 nəfərin basdırıldığı ehtimal edilən 12 kütləvi məzar aşkarlanıb. Məzarlarda İraq əsgərlərinin basdırıldığı bildirilir. APA-nın “BBC News”-a istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları əsir götürdükləri hərbçiləri öldürdükdən sonra kütləvi məzarlıqlara atıblar.

Məzarlıq ABŞ-ın keçmiş bazası “Camp Speicher” yaxınlığında tapılıb.

“Bu, dəhşətli səhnə idi" – deyə, İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid əl-Atbi bildirib. Onun sözlərinə görə, DNT analizinin köməyi ilə qətlə yetirilən hərbçilərin şəxsiyyəti müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR