DSMF-nin Kollegiyasının yeni tərkibi təsdiqlənib

DSMF-nin Kollegiyasının yeni tərkibi təsdiqlənib
# 28 avqust 2014 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən DSMF-nin Kollegiyası yeni tərkibi təsdiqlənib.

Kollegiyanın sədri DSMF sədri Elman Mehdiyev, Kollegiyanın üzvləri DSMF sədrinin müavini Zakir Babayev, Naxçıvan Muxtar Respublikası DSMF-nin sədri Rasim Hüseynov, DSMF Aparatının daxili audit şöbəsinin müdiri Elxan Rzayev, DSMF Aparatının hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva və DSMF Aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahovadır.

Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR