Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 675,95 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 4,1% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 183,12 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 7,8% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.
2025-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.