Amerika fond bazarında əsas səhmlər dəyərdən düşüb, qızıl 4 dollardan çox ucuzlaşıb

Amerika fond bazarında əsas səhmlər dəyərdən düşüb, qızıl 4 dollardan çox ucuzlaşıb
# 22 aprel 2015 06:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,47% - 17 949,59 bəndədək, S&P 500 0,15% - 2 097,29 bəndədək azalıb, NASDAQ 0,39% - 5 014,10 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,15% - 7 062,93 bəndədək, Fransa CAC-40-ı 0,10% - 5 192,64 bəndədək, Almaniya DAX-ı 0,40% - 11 939,58 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,92% - 20 091,64 bəndədək, Hang Seng 0,26% - 27 923,12 bəndədək, Shanghai 1,75% - 4 699,86 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,20 dollar azalaraq 1 198,90 dollara, gümüş isə 0,08 dollar ucuzlaşaraq 15,93 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR