Bakıda arvadını və qayınanasını öldürən şəxs saxlanılıb.
APA-nın məlumatına görə, ötən gecə qısqanclıq zəminində keçmiş həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin Səfər oğlu İsmayılov Ağdam rayon Polis Şöbəsinə gedərək təslim olub.
Qeyd edək ki, məlum hadisə mayın 21-dən 22-nə keçə gecə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. R. İsmayılov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanı və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.