Bank Of Baku

Büdcədən vətəndaşlara və sahibkarlara qaytarılan vəsaitin həcmi 155 mln. manata çatıb

Büdcədən vətəndaşlara və sahibkarlara qaytarılan vəsaitin həcmi 155 mln. manata çatıb
# 06 iyul 2026 14:22 (UTC +04:00)

2026-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 154 milyon 659,6 min manat məbləğində vəsait geri qaytarılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR