Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş tədbirlərdə "qızıl tərəfdaş" kimi çıxış edəcək

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş tədbirlərdə "qızıl tərəfdaş" kimi çıxış edəcək
# 02 may 2015 08:19 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 17-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə keçiriləcək 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirin açılışında nazir BTİ-nin Qızıl Tərəfdaşı olan ölkənin rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, BTİ-nin 150 illiyi ilə bağlı bu il ərzində təşkilata üzv olan ölkələrdə hər ay bir mövzuya həsr olunmuş tədbirlər keçiriləcək. Bu silsilədə may ayı "İKT-də innovasiyaların aparıcı rolu"na həsr olunur və bununla bağlı mayın 12-22-də BTİ-nin Rəhbərlər Şurasının görüşü çərçivəsində tədbirlər keçiriləcək.

Eyni zamanda, Əlcəzairdə, Banqladeşdə, Belarusda, Hindistanda, Moldovada, Namibiyada, Niderlandda, Pakistanda, İspaniyada, Ukraynada və digər ölkələrdə bu mövzuda tədbirlər təşkil olunacaq. Azərbaycanda isə aprel ayında "Qadınların İKT-də rolu" mövzusunda konfrans baş tutub.

Yubiley tədbiri çərçivəsində İKT sahəsində fəaliyyət göstərən bır sıra yüksəksəviyyəli alimlərin, rəhbər işçilərin, şirkət və təşkilat rəhbərliklərinin çıxışları gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR