Tiflisdə Ermənistan tarixinin saxta olduğunu ifşa edən kitabın təqdimatı olub

Tiflisdə Ermənistan tarixinin saxta olduğunu ifşa edən kitabın təqdimatı olub
# 14 noyabr 2015 10:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə akademik, tarixçi Anzor Todadzenin "Böyük Ermənistanın böyük yaradıcıları" adlı kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə gürcü tarixçiləri, akademiklər, ziyalılar çıxış edərək Ermənistan tarixinin saxta olduğu barədə fikirlərini səsləndiriblər.

Kitabda ermənilərin Gürcüstan və Azərbaycana qarşı ərazi iddialarından bəhs olunur. Qeyd olunur ki, ermənilər Tiflis və Bakı şəhərlərinin onlar tərəfindən tikildiyini, habelə Rostov və Armavir şəhərlərinin tarixi erməni əraziləri olduğunu iddia edir.

Kitabda bildirilir ki, ermənilərin Rostov və Armavir şəhərlərində məskunlaşmasına razılıq verən ruslar onların torpaq iddiasını eşidəndən sonra ironiya ilə yazıblar: "Bu ərazilərdə müvəqqəti yaşayın, sonra sizi geri qaytaracağıq!"

Kitabda vurğulanıb ki, Ermənistan 1918-ci ildə Gürcüstana hücum edib. Ermənilər həmçinin Abxaziya müharibəsində Baqramyan adına batalyon yaradaraq Gürcüstan ərazisini işğal edib və gürcüləri vəhşicəsinə öldürüblər.

Kitab Gürcüstanın bütün ali məktəblərinə və dövlət strukturlarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR