Ukraynada azərbaycanlı diaspor rəhbərinin qətlinə görə daha bir nəfər tutulub

Ukraynada azərbaycanlı diaspor rəhbərinin qətlinə görə daha bir nəfər tutulub
# 13 iyun 2016 10:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini İlham Tağıyevin qətli ilə bağlı daha bir nəfər istintaqa cəlb edilib.

Xerson vilayəti azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, Ukrayna vətəndaşı Aleksandr Kovalenko da qətldə şübhəli bilinir.

O, Ermənistan vətəndaşı Sergey Karapetyan və Ukrayna vətəndaşı Xaçik Montiyanla birlikdə ittiham olunur.

Qeyd edək ki, İlham Tağıyev ötən il avqust 17-də Xerson şəhərində evinin qarşısında qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR