Nigeriyanın şimalında “Boko Haram” islamçı qruplaşmasının 25 üzvü öldürülüb

 Nigeriyanın şimalında “Boko Haram” islamçı qruplaşmasının 25 üzvü öldürülüb
# 10 mart 2013 00:14 (UTC +04:00)

Bakı-APA. Nigeriya hərbçiləri ölkənin şimalında “Boko Haram” islamçı qruplaşmasının 25 üzvünün öldürüldüyünü bəyan edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə Silahlı Qüvvələrin nümayəndələri bildirib ki, əməliyyat nəticəsində 2 Nigeriya ordusunun əsgəri həlak olub.

Qeyd edək ki, xüsusi əməliyyat ölkə prezidenti Qudlak Conatanın “Boko Haram”ın əsas dayaq mərkəzi sayılan Mayduquri şəhərinə ilk səfərindən bir neçə saat sonra başlayıb.

Hərbçilərin bəyanatında qeyd olunub ki, son günlər ərzində ən azı 50 yaraqlı öldürülüb, 70-dən çox silahlı isə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR