Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb

 Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 04 oktyabr 2014 10:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Əlif Səlimovun idarə etdiyi “Mercedes” və Neftçala rayon sakini Mənsur Mahmudovun idarə etdiyi “Don Feng” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Səlimov və sərnişini - arvadı Gülşanə xəstəxanaya yerləşdirilib, Ə.Səlimov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR