FHN-in 10 illiyi münasibətilə mindən çox ağac əkilib

FHN-in 10 illiyi münasibətilə mindən çox ağac əkilib
# 18 aprel 2015 10:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə aprelin 18-də nazirliyin Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya zamanı Ceyranbatan su anbarı ətrafında böyük ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR