«Nikoil Bank»ın aktivləri ötən il 16% artıb

«Nikoil Bank»ın aktivləri ötən il 16% artıb
# 19 fevral 2013 09:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Nikoil Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 209,066 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,9% artaraq 185,195 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 123,173 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 21,3% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 7,6% artaraq 41,213 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 3,1 faiz bəndi azalaraq 22,3%-ə düşüb.

Bankın depozit portfeli 2012-ci ildə 5,1% artaraq 117,779 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 99,757 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,6% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 1,9% azalaraq 31,028 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 22,5 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 37,7% artaraq 153 498, o cümlədən fiziki şəxslərin sayı 38,8% artaraq 150 015, hüquqi şəxslərin sayı 3,6% artaraq 3 483 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 22 022-yə bərabər olub ki, bu da illik müqayisədə 26,8% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 29,8% artaraq 21 475-ə, kredit kartların sayı 33,3% azalaraq 547-yə çatıb.

Hazırda bankın ölkə üzrə 14 filialı, 25 bankomatı, 275 POS-terminalı fəaliyyət göstərir. Bankın 468 işçisi var, bank üzrə orta aylıq əmək haqqı 1 060 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR