Azərbaycanda ötən ay 169 min kvadratmetrə yaxın yaşayış sahəsi istifadəyə verilib

Azərbaycanda ötən ay 169 min kvadratmetrə yaxın yaşayış sahəsi istifadəyə verilib
# 18 avqust 2015 14:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ümumi sahəsi 1039,2 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 7 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 52,7 min kvadratmetr və ya 5,3424% artıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəli ilə müqayisədə bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713, martda 151 663, apreldə 174 993, mayda 134 249, iyunda 146 596 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, iyulda bu göstərici 168 835 kvadratmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR