Azərbaycanla Niderland arasında investisiyaların qarşılıqlı qoyulması və təşviqinə dair saziş imzalanacaq - FOTO

Azərbaycanla Niderland arasında investisiyaların qarşılıqlı qoyulması və təşviqinə dair saziş imzalanacaq - <span style="color: red;">FOTO
# 30 aprel 2013 15:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli–APA. “Bu gün Niderland Krallığı üçün çox əlamətdar gündür, çünki bu gün Niderlandın kraliçası öz taxt tacından imtina edərək ölkə rəhbərliyini öz oğluna təhvil verib”. APA-nın məlumatına görə, bu fikirləri Niderlandın Kraliça Gününə həsr olunmuş mətbuat konfransında Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde bildirib. Onun sözlərinə görə, bundan sonra Kral Günü artıq 30 aprel deyil, 27 aprel tarixində qeyd olunacaq.

İkitərəfli əlaqələrə toxunan səfir bildirib ki, keçən il Niderland və Azərbaycan arasında ticarət dövriyyəsi 300 mln. avro təşkil edib və 2011-ci illə müqayisədə iki dəfə artıb: “İki ölkə arasında münasibətlər genişdir. Ötən il və bu il ərzində ölkələrimiz arasında bir sıra rəsmi səfərlər həyata keçirilib. İqtisadi əlaqələri genişləndirməyə çalışacağıq. Bu il Niderlanddan Azərbaycana iki ticarət missiyasının səfəri gözlənilir və ölkələrimiz arasında investisiyaların qarşılıqlı qoyulması və təşviqini nəzərdə tutan saziş imzalanacaq. Ümumilikdə Niderland Azərbaycanla energetika, kənd təsərrüfatı, su idarə edilməsi, idman sahələrdə sıx əməkdaşlıq edə və təcrübə mübadiləsi apara bilər”.

Ölkələr arasında mədəni əlaqələr barədə danışan A. Uiterlinde sabah “Global Village” layihənin təqdimatının keçiriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR