Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Yelmar Zeynalovun üzərində narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Y. Zeynalovun üzərində aparılan yoxlama zamanı ondan xalis çəkisi 2,68 qram metadon tapılıb.