Oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 14 iyul 2016 12:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Kamran Mahmudov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb.

K.Muradov evlərdən qızıl-zinət əşyaları, məişət avadanlıqları, xeyli miqdarda pul və fabrikdən kompüterlər oğurlamaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR