Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var
# 08 oktyabr 2014 07:21 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 04:00 radələrində Zaqatala-Muğanlı yolunda qeydə alınıb.

1962-ci il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Çardaqlar kənd sakini Əlixan İbrahimxəlil oğlu Əhmədov idarə etdiyi “VAZ 2106” markalı, 90 BM 746 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəzadan sonra deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalan sürücü Əlixan Əhmədovu xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Əlixan Əhmədovu avtomobildən çıxararaq hadisə yerinə çağırılmış təcili yardım həkimlərinə təhvil veriblər. Zaqatala RMX-dan bildirilib ki, Əlixan Əhmədovun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

FHN-in saytında qəza ilə bağlı yerləşdirilən məlumatda isə qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Həmçinin, yanğınsöndürən-xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:51-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR