Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Parlament Məclisi Nümayəndələr Palatası sədrini qəbul edib - FOTO

Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Parlament Məclisi Nümayəndələr Palatası sədrini qəbul edib - <span style="color: red;">FOTO
# 05 fevral 2013 15:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlət başçısı əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə qarşılıqlı dəstək vermələrinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç ölkələrimiz arasında dostluq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayıb. O, səfər zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. Azərbaycanın regionun ən böyük investorlarından biri olduğunu qeyd edən Bojo Lyubiç ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin iqtisadi və humanitar sahələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR