ABŞ İrana Qazaxıstanda birbaşa görüş keçirməyi təklif edir

ABŞ İrana Qazaxıstanda birbaşa görüş keçirməyi təklif edir
# 23 fevral 2013 15:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “ABŞ bu il fevralın 26-da Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında keçiriləcək nüvə müzakirələri çərçivəsində rəsmi Tehranla ikitərəfli görüşməyə hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib. O deyib ki, ABŞ 2009-cu ildə yenidən başlayan müzakirələrin ilk günündən etibarən İran razı olacağı təqdirdə birbaşa danışıqlar keçirmək istəyini qarşı tərəfə təklif edib: “ABŞ bundan əvvəl də bəzi təkliflər irəli sürüb və indi də bu təklifləri təkrarlayır. Çünki qarşımızdakı yolun diplomatik həll yolu olduğuna inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR