Ermənistan Müdafiə Nazirliyi ordudan əsəb xəstəliyinə görə tərxis olunmuş əsgərin müalicəsinə pul ayırmır

Ermənistan Müdafiə Nazirliyi ordudan əsəb xəstəliyinə görə tərxis olunmuş əsgərin müalicəsinə pul ayırmır
# 11 aprel 2015 07:49 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin "ordu"sunda xidmət etmiş və əsəb xəstəliyinə görə tərxis olunmuş Vanadzor sakini Qriqor Yesayanın xaricdə müalicəsi üçün pul ayırmır.

APA-nın məlumatına görə, bunu Ermənistanın "epress.am" saytının müxbiri ilə söhbətində Q. Yesayanın özü deyib. O bildirib ki, Almaniyada müalicə üçün Müdafiə Nazirliyi yalnız yolpulunu ödəməyə razılıq verib, müalicə xərcləri üçün isə hesab açılıb, lazım olan məbləğ yığılsa o, müalicə kursu keçə biləcək.

Q. Yesayan qeyd edib ki, 2001-ci ildə hərbi xidmətə sağlam gedib, lakin orada zəhərlənib. Hospitala çatdırsalar da, vəziyyəti düzəlməyib, buna görə onu tərxis ediblər: “Hospitalda bizim hərbi hissədən bir neçə nəfər ölmüşdü. Deyirdilər ki, komandiri 2 il müddətinə həbs ediblər. Bundan mənə nə? Mən əlil oldum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR