Rumıniyanın milli televiziyası Azərbaycan haqqında verilişlər hazırlayacaq

Rumıniyanın milli televiziyası Azərbaycan haqqında verilişlər hazırlayacaq
# 09 may 2015 15:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rumıniyanın “TVR” milli televiziya şirkətinin “Cap Compas” proqramının nümayəndə heyəti Azərbaycana səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər zamanı Azərbaycana həsr olunan 4 müxtəlif verilişin hazırlanması nəzərdə tutulub. Qonaqlar paytaxt Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhərinin tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar.

Jurnalistlərin “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan Milli Tarix Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Şəki Xan Sarayı”, “Nizami” məqbərəsinə ziyarətləri də təşkil olunacaq.

Eyni zamanda, “TVR” milli televiziyasının nümayəndələri tərəfindən Bakı şəhərində I Avropa Oyunlarının hazırlığı və oyunların keçiriləcəyi məkanlarda bir sıra çəkilişlərin keçirilməsi də planlaşdırılır.

Azərbaycan haqqında hazırlanan verilişlərin iyun ayından etibarən yayımlanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR