Rusiya sərhədini keçən hərbçilər Ukraynaya təhvil verilib

Rusiya sərhədini keçən hərbçilər Ukraynaya təhvil verilib
# 31 avqust 2014 03:44 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya hava desant qoşunları komandanının müavini, general-mayor Aleksey Raqozin bəyan edib.

“Avqustun 27-də Ukrayna-Rusiya sərhədini könüllü olaraq keçmiş 63 ukraynalı hərbçi bu dəqiqələrdə müvafiq qurumlar tərəfindən Ukraynaya təhvil verilib”, deyə A.Raqozin bildirib.

Rusiyada qaldıqları müddətdə Ukrayna hərbçiləri Rostov vilayəti ərazisində yerləşən müvəqqəti düşərgədə yerləşdiriliblər. A.Raqozinin sözlərinə görə, onlara bütün lazımi yardım göstərilib.

Bundan əvvəl Ukrayna ərazisində saxlanmış rus desantçıları sərbəst buraxılaraq Rusiyaya qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR