Zaur Həsənovun “Dağların adamı” kitabı Londonda təqdim olunub

Zaur Həsənovun “Dağların adamı” kitabı Londonda təqdim olunub
# 17 oktyabr 2014 12:00 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Open Central Asia” ədəbiyyat müsabiqəsinin qalibi olmuş azərbaycanlı tarixçi Zaur Həsənovun “Dağların adamı” (“Man of the Mountains”) kitabının təqdimatı keçirilib.

Zaur Həsənovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan səfirliyinin müşaviri Vüsal Abdullayev çıxış edərək kitabın ingilis dilində nəşr edilməsinin Azərbaycan tarixinin, ədəbiyyatının Britaniyada təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.

Kitabı nəşr edən “Silk Road” media şirkətinin və “Hertfordshire Press” nəşriyyatının direktoru Marat Əhmədcanov belə bir kitabı nəşr etməkdən məmnun olduqlarını ifadə edib.

Qeyd edək ki, 44 fəsildən ibarət kitabda Azərbaycanın neft sənayesi, Qafqazın tarixindən bəhs olunub. Tarixi hadisələr isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri ilə də əlaqələndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR