Şahmat üzrə Azərbaycan birinciliyi davam edir - APA TV

Şahmat üzrə Azərbaycan birinciliyi davam edir - <span style="color: red;">APA TV
# 29 mart 2013 13:51 (UTC +04:00)

Bakı – APA TV. Respublika Şahmat Mərkəzində 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. 18 yaşlı qızların turnirində iştirakçı az olduğundan, yarış 6 turdan sonra başa çatıb. Bu yaş qrupu üzrə Gəncə şahmatçısı Səbinə İbrahimova 3 xalla birinciliyi qazanıb. Martın 29-da yarışın VII turu keçirilib.

Son turun nəticələrinə əsasən, 14 yaşadək qızlar arasında ustalığa namizəd Aydan Höccətova ilə FİDE ustası Günay Məmmədzadə hərəyə 7 xalla, 16 yaşadək qızlarda isə Aytən Əmrayeva 6 xalla liderdir. 14 yaşadək oğlanların turnirində Qulam Məmmədov və 16 yaşadək oğlanlarda Nuri Murad hərəyə 5 xalla, daha yuxarı yaş qrupunda isə 4 xal toplayan Misrətdin İsgəndərov birinci yerdədir.

Oğlan və qızlar arasında 6 yaş qrupu üzrə Azərbaycan birinciliyində bir çox şəhər və rayonları təmsil edən 60 şahmatçı mübarizə aparır. FİDE qaydalarına əsasən, dairəvi sistemlə keçirilən yarış 11 turdan ibarətdir. l-lll yerləri tutan şahmatçılar növbəti Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar. Ən yüksək nəticə göstərən ilk 2 pillənin sahibi isə Dünya və Avropa birinciliyində iştirak etmək hüququna sahib olacaq.

Yarışa aprelin 2-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR