Azərbaycan Minskdə keçirilən beynəlxalq İKT sərgi-konqresində iştirak edir

Azərbaycan Minskdə keçirilən beynəlxalq İKT sərgi-konqresində iştirak edir
# 23 aprel 2013 12:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan nümayəndə heyəti Minskdə (Belarus) keçirilən TIBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.


«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, təşkilatçı qismində Belarus Rabitə və İnformasiyalaşdırma Nazirliyinin çıxış etdiyi TIBO-nun məqsədi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaqdır.


Aprelin 26-dək davam edəcək sərgidə 15 ölkənin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur. İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edir. Azərbaycan sərgidə ölkənin İKT sahəsinin son nailiyyətlərinin nümayiş olunduğu milli stendlə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR