ABŞ Mixail Saakaşviliyə qarşı qaldırılmış cinayət işinin istintaqını diqqətlə izləyir

ABŞ Mixail Saakaşviliyə qarşı qaldırılmış cinayət işinin istintaqını diqqətlə izləyir
# 19 avqust 2014 13:28 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ABŞ hökuməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı qaldırılmış cinayət işinin istintaq prosesini diqqətlə izləyir. APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland çıxış edib.

Səfir bildirib ki, rəsmi Vaşinqton bu məsələni nəzarətdə saxlayır: “Sabiq dövlət başçısının işi ilə bağlı Gürcüstan hakimiyyəti maksimum şəffaflıq və aşkarlığı təmin etməlidir. Bizim məqsədimiz Gürcüstanda gələcəyə istiqamətlənən gündəm yaratmaqdır. Sabiq prezidentə gəldikdə isə, mən 29 iyun tarixli bəyanatımızı xatırlatmaq istərdim ki, orda da hakimiyyətdən yüksək səviyyəli məhkəmə işi və obyektivliyin təminatını xahiş etmişdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR