ESISC: Azərbaycanda keçirilən seçkilər bütün region üçün nümunə ola bilər

ESISC: Azərbaycanda keçirilən seçkilər bütün region üçün nümunə ola bilər
# 02 noyabr 2015 11:46 (UTC +04:00)

Bakı. Nizam Rza - APA. Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) müşahidə missiyasının rəhbəri Klod Monike təşkilat adından bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycanda keçirilən seçkilər bütün region üçün nümunə ola bilər: “Seçkilər bütün demokratik tələblərə uyğun keçirilib. Proses çox yaxşı təşkil edilib və seçki məntəqələrində bütün zəruri şərait yaradılıb. Xeyli sayda yerli müşahidəçilərin olması şəffaflığın göstəricisidir”.


Bəyanatda qadınların seçkidəki aktivliyi xüsusi qeyd edilib.

Qeyd edək ki, 8 nəfərlik heyətlə Bakıya gələn ESİSC Bakı, Sumqayıt və Xırdalanda 6 seçki dairəsində və 100 seçki məntəqəsində müşahidə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR