ADP parlament seçkilərinə təkbaşına qatılacaq

ADP parlament seçkilərinə təkbaşına qatılacaq
# 25 avqust 2015 13:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) parlament seçkilərində təkbaşına iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin toplantısında qərar verilib.

Qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylər göstərdiyi, müxalifətin mümkün seçki blokunun alınmaması qeyd edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar verilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) qərara alınıb. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir. MSQ-nın ilk iclası 26 avqusta təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR