İsveçrədə İran əleyhinə aksiya keçirilib

İsveçrədə İran əleyhinə aksiya keçirilib
# 15 mart 2013 12:28 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Martın 13-də yerli vaxtla saat 10:00-da İsveçrənin Cenevrə şəhərində İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya aksiya iştirakçısı, İsveçdə yaşayan soydaşımız Duman Savalan məlumat verib. O bildirib ki, aksiyada İranda yaşayan millətlərin, hətta farsların da bir neçə insan haqları müdafiəçisi qatılıb: “Piketdə əsasən azərbaycanlılar, ərəblər və bəluçlar iştirak etdi. Həbsdə olan azərbaycanlı siyasi məhbusların, eləcə də edam cəzasına məhkum edilən ərəb fəalların fotolarını nümayiş etdirdik. “Türk dili rəsmi dil olsun!”, “Yaşasın Azərbaycan!”, “Siyasi məhbuslara azadlıq!” kimi şüarlar səsləndirdik. Məqsədimiz İranda qeyri-fars millətinə mənsub siyasi məhbuslarının vəziyyətiylə bağlı İran hakimiyyətinə etiraz etmək idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR