Dağıstanda terrorçu-kamikadze 3 polis nəfərini öldürüb, 6-nı isə yaralayıb

Dağıstanda terrorçu-kamikadze 3 polis nəfərini öldürüb, 6-nı isə yaralayıb
# 14 fevral 2013 04:54 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində terrorçu-kamikadzenin həyata keçirdiyi partlayış nəticəsində 3 polis nəfəri ölüb, 6-sı isə yaralanıb. APA-nın xəbərinə görə, bu barədə respublikanın daxili işlər nazirliyi məlumat yayıb.

Polis əməkdaşları terrorçunun olduğu avtomobili saxlayıb onun sənədlərini yoxlamaq istəyərkən sonuncu partlayıcı qurğunu işə salıb.

Zərərçəkənlər əsasən Rusiyanın Voloqda vilayətindən Dağıstana ezamiyyətə göndərilmiş polis nəfərləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR