KXDR: «Koreya yarımadasında nüvə müharibəsi təhlükəsi real xarakter alıb»

KXDR: «Koreya yarımadasında nüvə müharibəsi təhlükəsi real xarakter alıb»
# 27 mart 2013 04:54 (UTC +04:00)

Bakı-APA. ABŞ və Cənubi Koreyanın təxribatçı hərəkətləri Koreya yarımadasındakı vəziyyəti nüvə müharibəsi təhlükəsinə yaxınlaşdırır. APA-nın məlumatına görə, Koreya Xalq-Demokratik Respublikası xarici işlər nazirliyinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda belə deyilir.

KXDR belə hərəkətlər sırasında davam edən ABŞ-Cənubi Koreya manevrlərini göstərib.

Pxenyanda həmçinin bildiriblər ki, ABŞ-ın strateji raketləri «hazırda KXDR-ə istiqamətləniblər, ABŞ-nın nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqları Cənubi Koreya sahillərindədirlər».

«Nəticədə Koreya yarımadasında nüvə müharibəsi təhlükəsi real olmağa başlayıb», deyə müraciətdə vurğulanır.

XİN bildirir ki, belə şəraitdə «KXDR xalqı və ordusu Koreya xalq ordusunun ali komandanlığının bəyanatını tam olaraq dəstəkləyir».

Bəyanatda «ölkənin suverenliyinin müdafiəsi naminə raket hissələri və uzaqvuran artilleriyanın tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi» bildirilirdi.

Bəyanata əsasən, KXDR «artıq ABŞ-ın hərbi təhdidlərinə dözmək fikrində deyil». «Bu andan Koreya xalq ordusunun ali komandanlığı raket hissələri və uzaqvuran artilleriyanın tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edir. Onlar ABŞ-ın Havay adalarında, Quamda, Cənubi Koreyada və qitə ərazisindəki hərbi bazalarını hədəfə götürəcəklər», deyə bəyanat müəllifləri bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR