Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı olub - FOTO

Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı olub - <span style="color: red;">FOTO
# 20 dekabr 2014 13:42 (UTC +04:00)

Bakı-APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Toplantıda çıxış edənlər ölkəmizdə həyata keçirilən irimiqyaslı ordu quruculuğu işləri, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər.

Bildirilib ki, son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, ordunun keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm uğurlar qazanılır.

Hərbi hissələrdə müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yüksək səviyyədə təmin edilməsi üçün yeni müvafiq qaydalar, normativlər qəbul edilib.

Toplantıda Silahlı Qüvvələrin yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təchizatındakı yeniliklər nümayiş etdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR