“Boko Haram” silahlıları Nigeriyada 23 nəfərin başını kəsib

“Boko Haram” silahlıları Nigeriyada 23 nəfərin başını kəsib
# 28 mart 2015 21:26 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

“Martın 28-i axşam saatlarında Buratay əyalətində silahlı şəxslər tərəfindən hücum törədilib. Onlar 23 nəfərin başını kəsib və yerli sakinlərin evlərinə od vurublar”, deyə yerli administrasiya nümayəndəsi bildirib.

Silahlılar hücumu ümumxalq seçkilərdən bir gün əvvəl törədib. Hücum zamanı 32 nəfər yaralanıb.

Qeyd edək ki, “Boko Haram” silahlılarının bu gün seçki məntəqələrinə hücumları zamanı 6 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR