Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 İyun
# 27 iyun 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İŞİD boy göstərir, törədilən terror aktlarının miqyasında çox, coğrafiyası narahatlıq doğurur. Terrorçular eyni gündə üç qitədə terror aktı törətməklə güc nümayiş etdirmək istəyiblər. Mesaj bəllidir - artıq təkcə Yaxın Şərqdə deyil, hər yerdəyik. Avropa, Afrika və Yaxın Şərqdə törədilən terror aktları beynəlxalq ictimaiyyət üçün, ilk növbədə isə islam ölkələri üçün siqnal olmalıdır. İŞİD-in bütün fəaliyyəti islamı gözdən salmağa yönəlib, zatən tarixi təcrübə göstərir ki, bu tip terror təşkilatları həmişə dini bayram və mərasimlərdə terror aktı törətməyə çalışırlar. İraqda, Pakistanda Aşura mərasimlərində “Əl-Qaida”nın törətdiyi terror aktlarını, Ramazan ayında İŞİD-in törətdiyi partlayışları xatırlamaq yetər. Bir gerçək var – İŞİD-in məqsədi təkcə daha çox diqqət cəlb etmək deyil, həm də din pərdəsi altında islamı gözdən salmaqdır. Ramazan ayı başlayandan İŞİD-in törətdiyi terror aktlarının sayı 10-u keçib. Terrorçuların liderlərinin öz tərəfdarlarını məhz Ramazan ayında aktivləşməyə çağırması da unudulmamalıdır. İŞİD böyük bir təhlükəyə çevrilir, bu təhlükənin qarşısını almaq missiyası ilk növbədə islam dövlətlərinin üzərinə düşür. Çünki İŞİD ilk növbədə islam dini adına ləkədir. Və çünki İŞİD-i mayalandıran, böyüdən, dəstəkləyən dövlətlər elə islam dövlətləridir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR