Rabitə və yüksək Texnologiyalar Nazirliyi Bakıda yanan binanın sakinlərinin telefon və internet borclarını silib

Rabitə və yüksək Texnologiyalar Nazirliyi Bakıda yanan binanın sakinlərinin telefon və internet borclarını silib
# 22 may 2015 08:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib.

Bu barədə “APA-Economics”ə nazirliyin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.

“Nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək. Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, - deyə M. Əmirov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR