Kürdəmirdə “KamAZ”-la minik maşını toqquşub, yanğın baş verib

Kürdəmirdə “KamAZ”-la minik maşını toqquşub, yanğın baş verib
# 12 iyul 2015 07:31 (UTC +04:00)

Bakı - APA. Kürdəmir rayonunun Sığırlı kəndində vətəndaşlara məxsus “KamAZ” markalı yük avtomobili ilə “Daewoo Gentra” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

Yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR