Təhsil naziri 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planını təsdiq edib

Təhsil naziri 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planını təsdiq edib
# 22 sentyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb.


Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq verilib.


2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16 070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11 310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.


Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

Əmrdə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına müvafiq tapşırıqlar verilib. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR